Fransa "Open Arms" gəmisindən 40 miqrantı qəbul etmək niyyətindədir
19 avqust 2019 00:47 (UTC +04:00)

Fransa "Open Arms" gəmisindən 40 miqrantı qəbul etmək niyyətindədir

 

Fransanın Daxili İşlər Nazirliyi İspaniyanın “Proactiva Open Arms” qeyri-hökumət təşkilatının gəmisindən 40 miqrantı qəbul etmək niyyətində olduğunu bildirib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “France Info” radiostansiyası DİN rəsmisinə istinadən məlumat yayıb.

“Fransa 40 nəfərin yerləşməsi ilə bağlı öhdəliyini yerinə yetirməyə sadiqdir”, - deyə DİN nümayəndəsi bildirib və onu da əlavə edib ki, həmin miqrantların respublika ərazisinə qəbul edilməsi üçün onlar öz qaçqınlıq statuslarını təsdiqləməlidirlər.

Qeyd edək ki, miqrantlara kömək etmək məqsədilə müntəzəm olaraq əməliyyatlar keçirən QHT gəmisi təxminən 15 gün əvvəl Aralıq dənizi sularında qeyri-leqal köçkünlərin böyük hissəsini xilas edib. Onların sayı 130 nəfərə çatıb. Yetkinlik yaşına çatmayan 27 nəfər gəmidən təxliyyə olunaraq, İtaliyanın Lampeduza adasına göndərilib.

Avqustun 15-də İtaliyanın baş naziri Cüzeppe Konte öz açıqlamasında bildirmişdi ki, Avropa Birliyinin altı ölkəsi gəmidə olan miqrantları qəbul etməyə hazırdır. Söhbət Almaniya, İspaniya, Lüksemburq, Portuqaliya, Rumıniya və Fransadan gedir.

# 554
avatar

Oxşar yazılar

Magistralda maşınlar toqquşdu,  ölənlər var

Magistralda maşınlar toqquşdu, ölənlər var

30 aprel 2024 , 07:24
Baydenin oğlu telekanalı məhkəməyə verir

Baydenin oğlu telekanalı məhkəməyə verir

30 aprel 2024 , 06:23
Helikopter qəzaya uğradı, 9 əsgər öldü

Helikopter qəzaya uğradı, 9 əsgər öldü

30 aprel 2024 , 05:44
Kilsədən 12-ci əsrə aid dəfinə tapıldı

Kilsədən 12-ci əsrə aid dəfinə tapıldı

30 aprel 2024 , 05:11
Fələstinə dəstək göstərən tələbələr həbs edildi

Fələstinə dəstək göstərən tələbələr həbs edildi

30 aprel 2024 , 04:02
Şəhərdə ATIŞMA:  polislər öldü

Şəhərdə ATIŞMA: polislər öldü

30 aprel 2024 , 03:47
Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində ağır yaralandı

Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində ağır yaralandı

30 aprel 2024 , 02:22
Odessa vuruldu: 4 ölü, 18 yaralı var

Odessa vuruldu: 4 ölü, 18 yaralı var

29 aprel 2024 , 22:19