Fizika üzrə Nobel mükafatının sahibləri bəlli oldu
03 oktyabr 2017 14:49 (UTC +04:00)

Fizika üzrə Nobel mükafatının sahibləri bəlli oldu

Fizika üzrə Nobel mükafatı amerikalı Kip Torn, Rayner Vayss və Harri Berrişə verilib.
 
APA-nın xəbərinə görə, bu barədə İsveç Kral Elmlər Akademiyasının yaydığı məlumatda deyilir.
 
Adıçəkilən alimlər eksperiment yolu ilə qravitasiya dalğalarının aşkarlanmasına kömək edən lazer-interferometrik dalğa-qravitasiya rəsədxanasını yaradıblar.
 
Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

APA Baycan

Oxşar yazılar