ABŞ-ın Kaliforniya ştatında güclü fırtına azı 4 nəfərin ölümünə səbəb olub.
Trend-in "ABC News" telekanalına istinadən verdiyi məlumata görə, küləyin sürəti saatda 110 kilometrə qədər çatıb.
Xəbərdə deyilir ki, fırtına Los-Ancles, Ventura, Santa-Barbara və San-Bernardino şəhərlərində yüzlərlə ağacı və elektrik xətlərini qırıb.