Fil insanı belə öldürdü
28 fevral 2018 07:07 (UTC +04:00)

Fil insanı belə öldürdü

0

Hindistanda fil kişini ayaqlayaraq öldürülb.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

 

Məlumata əsasən, hadisə Andxra-Pradeş ştatının Banqarapat şəhərində qeydə alınıb. Kadrlarda filin kişinin ardı ilə getdiyi və onu ayaqları altına alaraq öldürdüyü görünür. Ətrafdakı insanların filin qorxutmaq cəhdləri isə heç bir nəticə verməyib.

 

56 yaşlı fermer fevralın 25-də dəfn edilib. Hökumət orqanı ölənin ailəsinə 7,7 min dollar kompensasiya verəcək.

 

Şəhər sakinləri uzun müddətdir ki, fillərin vəhşiliklərindən əziyyət çəkirlər. Problemin həlli üçün şəhər hakimiyyətinə müraciət hələki öz nəticəsini verməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2720

Oxşar yazılar