[b]Çevrilişə qarışmaqda təqsirləndirilən 32 diplomat yoxa çıxıb[/b]
12 avqust 2016 14:21 (UTC +04:00)

[b]Çevrilişə qarışmaqda təqsirləndirilən 32 diplomat yoxa çıxıb[/b]

 

Türkiyənin Xarici İşlər Nazirliyi FETO istintaqı ilə əlaqədar xaricdən ölkəyə geri çağırılan, ancaq dönməyən dövlət məmurlarının sayını açıqlayıb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, xarici işlər naziri M.Çavuşoğlu 15 iyul hadisəsindən sonra 208 diplomatın Ankaraya çağırıldığını qeyd edərək deyib ki, hələ də onlardan 32-si geri dönməyib.

 

Çavuşoğlu Türkiyənin Banqladeşdəki səfirliyində çalışan diplomatlardan ikisinin Rusiyaya qaçması ilə bağlı iddiaları araşdırdıqlarını da söyləyib.

 

 

Nazir bundan başqa, Gülənin geri verilməsi ilə bağlı ABŞ Ədliyyə Nazirliyinin bir heyətinin 23-24 avqust tarixlərində Türkiyədə görüş keçirəcəyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar