İyunun 8-də Misirdə yeni prezident feldmarşal Əbdül Fəttah əs-Sisinin andiçmə mərasimi keçiriləcək.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, dəvətlilər siyahısına Türkiyə, Qətər və Tunisin dövlət və hökumət başçıları daxil edilməyib.
Prezident administrasiyasının təmsilçisi bildirib ki, andiçmə tədbirinə 22 ölkənin lider və rəsmiləri, habelə BMT-nin baş katibi, bir beynəlxalq və regional təşkilatların rəhbərləri dəvət olunub. Onların arasında İranın prezidenti Həsən Ruhani də var.
Xatırladaq ki, mayın 26 -28-də keçirilən prezident seçkisində feldmarşal Əbdül Fəttah əs-Sisinin 93 faiz səs topladığı haqda xəbər yayılmışdı. 3 faiz səs toplayan, yeganə alternativ Həmdin Sabbah seçkinin nəticələrini tanıyaraq, əs-Sisini təbrik edib.