Fastfudla qidalanan yeniyetmə kor oldu
Fastfud yeyən yeniyetmə kor oldu yalnız zərərli yemək yeyib, nəticədə görmə qabiliyyətini tam və demək olar eşitmə qabiliyyətini də itirib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, oğlan 7 yaşında meyvə və tərəvəz yeməkdən imtina edərək kartof frisi və cipsiyə keçib. O, bəzən mal ətindən, yaxud vetçinadan burger yeyib.
Nəticədə 15 yaşlı yeniyetmədə görmə problemi və sümüklərində zəiflik yaranıb. İki il sonra oğlan tamam kor olub və demək olar eşitmə qabiliyyətini itirib.
Həkimlər müəyyənləşdiriblər ki, uşağın orqanizmində vitaminlər və minerallar çatışmır. Onların fikrincə, pis qidalanma və görmə arasında əlaqə var.
781