Çində yanğınsöndürənlər 14-cü mərtəbədən hoppanan məktəbli qızı xilas ediblər.
Lent.az-ın “musavat.com”a istinadən xəbərinə görə, qız bu qərarı yerinə yetirilməmiş ev tapşırıqlarına görə verib. İnsident fevralın 24-də Fuçjou şəhərində baş verib. Lakin 40 metrlik hündürlükdən tullansa da, düşdüyü yer yumşaq olduğu üçün qız zədə almayıb və onu dərhal xəstəxanaya aparıblar.
Çinin sosial şəbəkə istifadəçiləri qızın bu addımına görə təəssüf hissi keçirib və ehtimal ediblər ki, onu dərslərlə çox yükləyirlər. Çünki onun hətta tətil günlərində belə dərs oxuması bu yüklənmənin səbəbi kimi göstərilir. Bəzi istifadəçilər isə valideynlərin uşağa daha çox diqqət ayırmasının vacibliyini yazıblar.