Livanın şimalında, Tripoli şəhərində Suriyadakı rejimin tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma olub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, son sutkada baş vermiş qarşıdurma nəticəsində 4 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Son iki ilə bu məsələ ilə bağlı Tripolidəki münaqişə nəticəsində həlak olan və ya yaralananların sayı yüz nəfərə yaxın olub.
Xatırladaq ki, Tripoli Livanın ikinci ən böyük şəhəridir. Şəhər əhalisinin çoxunun Suriyadakı müxalifəti dəstəklədiyi bildirilib. Onlarla yanaşı şəhərdə Bəşar Əsəd tərəfdarları da var.