Əsəd Qərbi hədələdi: “Biz qalib gələcəyik”
29 avqust 2013 14:40 (UTC +04:00)

Əsəd Qərbi hədələdi: “Biz qalib gələcəyik”

Suriya prezidenti Bəşər Əsəd Qərbi hədələyib.

 

Lent.az-ın “Əl-Əhbar” qəzetinə istinadən verdiyi məlumata görə, Qərbin Suriyaya hərbi müdaxiləsi ilə bağlı ordu rəhbərliyi ilə keçirdiyi görüşdə Bəşər Əsəd deyib ki, Suriya və Qərb qarşıdurması tarixə keçəcək və Suriya xalqı qalib gələcək.

 

Bəşər Əsəd bildirib ki, böhranın başlanğıcından əsl düşmənin ölkəyə müdaxiləsi anını gözləyiblər: “Mən əminəm ki, siz hərbçilərin yüksək mənəvi ruhu var, Vətəni qorumağa hazırsınız. Bu, tarixi qarşıdurma olacaq və biz qalib gələcəyik”.

 

Hava zərbəsindən müdafiəyə hazırlaşan Suriya ordusunun bölmələri də artıq daimi dislokasiya məkanlarını tərk edib, Dəməşq Beynəlxalq Aeroportu və paytaxt ətrafındakı bazalardakı hərbi birliklər çıxarılıb. “Guardian” qəzeti  Suriya Hərbi Hava Qüvvələrinin ABŞ və müttəfiqlərinin mümkün hücumunun qarşısını almaq üçün  pilot-kammikadze qrupundan istifadə etməyə hazırlaşdığını yazıb. Bu qrupa 13 pilot daxildir. Ümumilikdə isə Suriya ordusunda 8 min kamikadze hazırlanır.

 

BMT ekspertlərinin də Suriyanı tərk edəcəyi vaxt açıqlanıb. BMT baş katibi Pan Gi Mun bu gün bəyan edib ki, ekspertlər Suriyanı şənbə günü səhər saatlarında tərk edəcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1119

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu,  axtarışa verildi

Lotereyadan 6 milyon uddu, axtarışa verildi

9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03