İrəvan-Samara marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Gürcüstan –Ermənistan sərhədindən geri qaytarılıb.
Lent.az-ın Ermənistan informasiya vasitələrinə istinadən məlumatına görə, Gürcüstan sərhədçiləri buna səbəb avtobusun sənədlərində problemin olduğunu göstəriblər.
Avtobusdakı 42 sərnişin isə Gürcüstandakı keçid məntəqəsində yerə endirilib.