Ermənistanda növbəti etiraz dalğası...
02 aprel 2019 19:21 (UTC +04:00)

Ermənistanda növbəti etiraz dalğası...

Ermənistanda Yerevan-Armavir marşrut xəttinin sürücüləri tətilə başlayıblar.
 
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
 
Sahibkar Şuşan Xaçatryan Paşinyanın bir il əvvəl seçki ərəfəsində Armavirdə səfərdə olarkən vəd etdiyi heç bir problemi aradan qaldırmadığını bildirib. O, baş nazirin sözünə inanaraq bankdan 250 min dollar vəsait götürüb və yeni mikroavtobuslar alıb.
 
“Mən 30 ildən çoxdur bu sahə ilə məşğulam. Ölkədə hazırda özbaşınalıq, qanunsuzluq mühiti hökm sürür. 1992-ci ildən Armavir-Yerevan xəttinin qanuni sahibi mən ola-ola müəyyən qurumlar mənim işimə süni maneələr, əngəllər yaradaraq işləməyə imkan vermirlər. Səbəb nədir bilmirəm. Əvəzində qanunsuz olaraq dövlətə heç bir vergi vermədən başqa marşrutlar bizim xəttə girərək sərnişinlərə xidmət edir.
 
Gedin avtovağzala çəkilişlər aparın və görün orada nə özbaşınalıqlar baş verir. Banklardan yüksək faizlə pul alaraq istifadəyə verdiyim yeni marşrutlarım qalıb bir kənarda, köhnə-yararsız, şəxsi dövlət nömrələri ilə digər marşrutlar sərbəst şəkildə bizim üçün ayrılan zolaqdan sərnişinləri yığırlar”, - deyə narazı sahibkar vurğulayıb. Tətil elan edən sürücülər düz 7 aydır bu haqsızlıqlara qarşı mübarizə apardıqlarını bildirirlər.
 
Alaverdidə isə dəmiryolçular tətilə başlayıblar. Bildirilir ki, Ermənistan iqtisadiyyatında hökm sürən böhranlı vəziyyət dəmir yolu sisteminə də öz təsirini göstərib. Ölkədə stansiyaların bərbad vəziyyətdə olması bir çoxlarının bağlanmasına səbəb olub. Sərnişin çatışmazlığı ucbatından biletlərin qiyməti aşağı salınıb. Bununla da vəziyyət düzəlməyib. D
 
əmir yolu sisteminə daxil olan stansiyalardan bir neçəsinin fəaliyyəti dayandırılıb. İşçilərin əməkhaqqları isə aylarla gecikdirilir. Tətil elan edən dəmiryolçular problem həllini tapana qədər işə çıxmayacaqlarını bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 860

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38