Ermənistanda donuz qripindən (H1N1) ölənlərin sayı 13-ə çatıb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yanvarın 13-də xəstəxanaya ağır vəziyyətdə daha 2 nəfər çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, xəstələr bu gün vəfat edib. Bununla belə, Ermənistan Səhiyyə nazirliyinin bildirdiyinə görə, ölkədə epidemiya müşahidə olunmur və vəziyyət nəzarət altındadır.