Erməni ailəsini öldürən rus hərbçinin məhkəməsi davam etdiriləcək
05 avqust 2016 03:46 (UTC +04:00)

Erməni ailəsini öldürən rus hərbçinin məhkəməsi davam etdiriləcək

Ermənistanın Gümrü şəhərində Avetisyanlar ailəsinin 7 üzvünün qətlə yetirilməsi işi üzrə rusiyalı hərbçi Valeri Permyakovun məhkəmə prosesi bu gün davam etdiriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə  görə, məhkəmə iclası Bakı vaxtı ilə 12.00-da Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ərazisində keçiriləcək.

 

Qeyd edək ki, 2015-ci ilin avqustun 15-də keçirilən məhkəmə iclasında Permyakov müqəssir olduğunu etiraf edərək, törətdiyi cinayətdən peşman olduğunu bildirib. Lakin məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina edib. Rusiya qarnizon məhkəməsi onu fərarilik və silah oğurladığına görə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edib.

 

2015-ci ilin yanvarın 12-də Avetisyanlar ailəsinin 6 üzvünün qətlə yetirilməsi faktı üzrə cinayət işi əlavə icraata ayrılaraq Ermənistan tərəfinə verilib. Valeri Permyakov Ermənistan-Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Oxşar yazılar