Ərəb ölkələri 12 təşkilatı terrorçu siyahısına saldı
09 iyun 2017 06:16 (UTC +04:00)

Ərəb ölkələri 12 təşkilatı terrorçu siyahısına saldı

0

Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn terroru maliyyələşdirməkdə və Qətərdən maliyyə dəstəyi almaqda ittiham olunan 59 şəxsi və 12 təşkilatı terrorçu siyahısına salıb.

 

APA-nın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

 

Qeyd edək ki, iyunun 5-də  Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Dohanı terror təşkilatları maliyyələşdirməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan onlara 8 ölkə qoşulub.

 

Qətər XİN rəhbəri bütün ittihamları rədd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar