Ərdoğan və Obama arasında telefon danışığı oldu
27 oktyabr 2016 04:36 (UTC +04:00)

Ərdoğan və Obama arasında telefon danışığı oldu

ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

 

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

 

"Söhbət zamanı prezident Obama İŞİD terror qruplaşması ilə mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Obama Türkiyənin İŞİD-ə qarşı İraqda hansı səviyyədə iştirakını müəyyənləşdirmək üçün rəsmi Ankara və Bağdad arasında davam edən dialoqu alqışlayıb. Hər iki lider İraqın suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiqləyib. Prezident Obama həmçinin Suriya müxalifətinə göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib, Suriyanın şimal-qərbində İŞİD-ə qarşı birgə əməkdaşlığın önəmliyini vurğulayıb”, məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar