Ərdoğan müsəlman olan amerikalı aktrisa ilə görüşdü
28 yanvar 2017 03:15 (UTC +04:00)

Ərdoğan müsəlman olan amerikalı aktrisa ilə görüşdü

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla amerikalı aktrisa Lindsey Lohanı Prezident Sarayında qəbul edib.

 

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, görüşdə Suriyanın Hələb şəhərində baş verən qətliamı anası ilə birlikdə sosial şəbəkə vasitəsilə dünyaya çatdıran 7 yaşlı Bana əl-Abedi də iştirak edib.

 

Mətbuata qapalı keçirilən görüşdə 30 yaşlı aktrisa Ərdoğan cütlüyünə “Dünya 5-dən böyükdür” nişanını taxıb.

 

Qeyd edək ki, islam dinini qəbul etdiyi deyilən aktrisa bir müddət öncə İnstaqram hesabındakı bütün şəkilləri silərək adının yanına “Alaikum salam” ifadəsini yazıb.

 

Xristian ailəsində dünyaya göz açan Lohan bundan öncə bir neçə fərqli dinlərə sitayiş edib. 2016-cı ildə Türkiyənin Qaziantep şəhərinə səfər edib burada suriyalı ailələrlə görüşən aktrisa başörtüyü ilə də müzakirələrə səəb olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250
avatar

Oxşar yazılar