Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək. APA-nın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, səfər yanvarın 28-nə planlaşdırılır. R. T. Ərdoğan səfər zamanı yeni prezident Həsən Ruhani və İranın digər dövlət nümayəndələri ilə görüşəcək.
Qeyd edək ki, H. Ruhaninin də fevral ayında Türkiyəyə səfəri planlaşdırılır.