Ərdoğan ABŞ-a xəbərdarlıq etdi - NATO-ya yenidən baxıla bilər
25 iyun 2017 19:34 (UTC +04:00)

Ərdoğan ABŞ-a xəbərdarlıq etdi - NATO-ya yenidən baxıla bilər

“Əgər ABŞ PKK terror təşkilatının Suriya qolu PYD/YPG ilə birgə hərəkət edirsə, silah verirsə, o halda NATO-ya yenidən baxmaq lazımdır. Necə ola bilər ki, NATO-da müttəfiq olduğumuz bir ölkə terrorçu bir qruplaşma ilə birgə hərəkət edir”.   

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan bunu bu gün İstanbulda Ramazan bayramı ilə bağlı keçirilən bayramlaşma aksiyasında söyləyib.

 

R. T. Ərdoğan deyib ki, terrorçularla hərəkət edənlərin Türkiyə ilə bir cərgədə ola bilməyəcəyini bilməlisiniz: “Türkiyədə dövlət çevrilişinə cəhd edən bir terror təşkilatının rəhbərini torpaqlarında saxlamaqla da münasibətlərə ziyan vururlar. ABŞ Fətullahçı Terror Təşkilatının liderini bizə niyə vermir? Bunu da anlamağınız lazımdır”.

 

Türkiyə prezidenti PKK və Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvlərinə sığınacaq verən Avropa ölkələrinin də yanlış yolda olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

APA Baycan

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35