Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla yaxın zaman görüşün keçirilməsinə dair razılaşdığını bildirib.
APA-nın xəbərinə görə, bu barədə Ərdoğan ABŞ-ın CNN telekanalına müsahibəsində bildirib.
“Əlbəttə, məni təbrik edənlər oldu. Çox xoş oldu, Tramp referendumun nəticələri ilə əlaqədar məni təbrik etdi. Biz ABŞ-Türkiyə münasibətlərinin yaxın perspektivdə inkişafından danışdıq, Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq”, - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti ikitərəfli münasibətlərin inkişafı üçün təkbətək görüşün keçirilməsinin vacib olduğunu qeyd edib. Ərdoğan müvafiq razılaşmanın əldə olunduğunu vurğulayıb: “Biz yaxın zamanda görüşəcəyimizə dair razılığa gəldik”.