Ərdoğan: "Suriyada təhlükəsiz zonanı yaratmalıyıq"
24 dekabr 2016 20:56 (UTC +04:00)

Ərdoğan: "Suriyada təhlükəsiz zonanı yaratmalıyıq"

0

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Suriyada terrorçulardan azad zonanın yaradılması məsələsini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla müzakirə etmək niyyətindədir.    

 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə o İstanbulda çıxışı zamanı bildirib.  

 

“Biz Suriyada terrorçulardan azad, təhlükəsiz və uçuşlardan azad zona yaratmalıyıq. Yanvarın 20-dən sonra ABŞ-da yeni rəhbərlik çalışmağa başlayacaq. Biz bu məsələni onunla müzakirə edəcəyik”, - deyə Ərdoğan bildirib.

 

“Təhlükəsizlik zonası yaradılmasa, Suriya ilə həmsərhəd Qaziantep, Şanlıurfa və Kilis əyalətlərimizə  təhlükə hələdə qalmaqda davam edəcək”, - deyə Ərdoğan bildirib.

 

Ərdoğan qeyd edib ki, Türkiyə Suriyanın şimalında hər hansı bir dövlətin yaradılmasına imkan verməyəcək.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 355

Oxşar yazılar