Əmirlikdə 20 yanvar faciəsi ilə bağlı tədbir keçirilib
19 yanvar 2017 11:14 (UTC +04:00)

Əmirlikdə 20 yanvar faciəsi ilə bağlı tədbir keçirilib

0

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin və Baş Konsulluğunun birgə təşkilatçılığı 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib.

Lent.az-ın məlumatına görə, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir Daşqın Şikarov tədbirə qatılan Azərbaycan icmasının fəallarının qarşısında nitqlə çıxış edib.

 

20 Yanvar qırğınının səbəblərinə və təfərrüatlarına, eləcə də onu müşayiət edən erməni təcavüzünün ilk işartılarına dərindən nəzər salan səfir bütün bunların birlikdə Azərbaycan xalqına qarşı əvvəlcədən qurulmuş bir ssenari olduğunu xüsusilə qeyd edib. Ancaq xalqımıza xas olan mərdliyin sanki müharibəyə hazırlanmış kimi dırnaqdan təpəyə qədər silahlanmış sovet əsgərlərinə qarşı öz sözünü dediyini və bugünkü azadlığı bizə bəxş etdiyini vurğulayıb.

Ardınca diplomat ümummilli lider Heydər Əliyevin faciəyə dair cəsarətli addımını xatırlayaraq, müstəqillik dövründə ulu öndərin, eləcə də onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın 20 Yanvar və ümumiyyətlə Qarabağ müharibəsinin şəhidlərinin ailələrinə göstərdikləri diqqət üzərində dayanıb.

Səfir eyni zamanda, Heydər Əliyevin göstərişinə əsasən, 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərə­rək həlak olmuş Azərbaycan vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verildiyini, dahi şəxsiyyətin xalqın israrlı tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından bəri şəhidlərin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlərin görüldüyünü və bu gün də görülməkdə olduğunu önə çəkib.

Bakının ən möh­tə­şəm məkanında Vətən uğrunda can­la­rını qurban vermiş mərd, igid oğul və qızla­rımızın uyuduğu Şəhidlər xiyabanının  xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrildiyini deyən diplomat şəhidlərimizin və Şəhidlər xiyabanının azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacağına dair əminliyini ifadə edib.

Nitqinin yekun hissəsində D.Şikarov bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, hətta dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşdığını yada salaraq, Heydər Əliyev Fondunun 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər gördüyünü xüsusilə qeyd edib. 

Daha sonra çıxış edən baş konsul Pərviz İsmayılzadə 1990-cu ilin 20 yanvar tarixinin Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi olduğunu, bu günün respublikamızın mübarizlik, qəhrəmanlıq salnaməsi, azərbaycanlı birliyinin, vətənsevərliyin təcəssümü olduğunu diqqətə çatdırıb.

Tədbir foto-sərgi ilə davam edib.  

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 365

Oxşar yazılar