BƏƏ-nin geniş oxucu kütləsinə malik “Əl-İttihad”, “Əl-Bəyan” və “Əl-Xəlic” qəzetlərində “Azərbaycan Prezidenti Ərəb Əmirlikləri ilə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayır” başlıqlı yazı dərc edilib. Lent.az-ın məlumatına görə, xəbərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda ölkədə səfərdə olan Dubay Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Məcid Seyf Əl-Ğureyri qəbul etdiyi oxucuların diqqətinə çatdırılaraq, cənab İlham Əliyevin ölkəsini Ərəb Əmirlikləri ilə bağlayan güclü ikitərəfli əlaqələrin səviyyəsini yüksək dəyərləndirdiyi vurğulanıb, dövlətimizin başçısının hər iki ölkənin müştərək əməkdaşlıqda maraqlı olduqlarını və çiçəkli gələcək naminə malik olduqları imkanlardan yararlanmasının önəmliyini qeyd etdiyi qabardılıb.Palatanın Bakıdakı regional nümayəndəliyinin mövcudluğunun əhəmiyyətini xüsusilə qeyd edən Azərbaycan Prezidenti bunun ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və yüksək səviyyəyə qaldırılması yönündə doğrum addım adlandırıb, Dubay Əmirliyinin qlobal iqtisadi səhnədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.Prezident İlham Əliyev BƏƏ vətəndaşlarının səfərlərinin sayının kəskin dərəcədə artdığını əsas tutaraq, ölkəmizin turizm sahəsində birgə sərmayələrin artırılmasında maraqlı olduğunu M.Əl-Ğureyrin diqqətinə çatdırıb.
Sonra ölkəmizin rəhbəri Ərəb Əmirliklərinin ərzaq təhlükəsizliyinin təminatı məsələsindəki boşluğu aradan qaldırmağa ehtiyac duyduğunu və eyni zamanda Azərbaycanın kənd təsərrüfatı məhsullarının yüksək keyfiyyətə malik olduğunu nəzərə alaraq, bu istiqamətdə investisiya qoyuluşunun hər iki ölkənin işgüzar dairələrinin maraqlarına cavab verdiyini deyib.Öz növbəsində, M.Əl-Ğureyr Palatanın regional nümayəndəliyinin birgə iqtisadi tərəfdaşlığın təşviqində töhfə verdiyini bildirərək, bu işdə nümayəndəliyə həm dövlət, həm də özəl sektorlar tərəfindən göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.Birgə investisiya imkanlarına toxunan Palatanın sədri konkret olaraq turizm, kənd təsərrüfatı, infrastruktura, nəqliyyat, logistik xidmətlər və tikinti sektorlarının müştərək əməkdaşlıq üçün mühüm seqmentlər olduğunu söyləyib, Azərbaycanı Dubayın mühüm ticarət bazarlarından biri hesab etdiklərinə görə növbəti illərdə ölkəmizlə qeyri-neft sektorunda ticarət həcmini artırmaq arzusunda olduqlarını xüsusilə qeyd edib.Görüş əsnasında, həmçinin viza rejiminin daha da sadələşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Xəbərdə M.Əl-Ğureyrin iqtisadi inkişaf naziri Ş.Mustafayev, fövqəladə hallar naziri K.Heydərov və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri K.Həsənov ilə də görüşlər keçirdiyi öz əksini tapıb.