Çinin Şimalındakı Hebey əyaləti Şitszyaçjuan şəhərinin sakini Li Quysin yerli hakimiyyəti məhkəmə verə nik vətəndaşdır.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, qışda havada tüstünün səviyyəsinin yüksək olmasında yerli hökuməti suçlandırıb.
Li hakimiyyətdən ekoloji məsələyə məsuliyyətli olmağı tələb edərək, bu məqsədlə sakinlərin xərclərinin ödənilməsini və ya bununla bağlı kompensasiya verilməsini istəyib.
Məhkəmə həftə ərzində müraciətə baxılacağını boyun olub.
Mənbə xatırladıb ki, havanın çirklənməsi Çinin başlıca problemlərindəndir. Ötən ilin oktyabrında havanın kəskin çirklənməsi ucbatından ölkənin bir sıra əyalətlərində həyat iflic olmuşdu.