
Əhmədinejat prezident seçkilərinə buraxılmadı
İran İslam Respublikasının sabiq prezidenti Mahmud Əhmədinejat prezident seçkilərinə buraxılmayıb.
APA TV-nin məlumatına görə, seçkilərə qatılacaq namizədlərin müraciətlərini araşdıran Konstitusiyanı Müdafiə Şurası onun namizədliyinə veto qoyub. Şura daha öncə də bir neçə müraciəti geri qaytarıb.
Seçki bülletenlərində isə prezidentliyə altı namizədin adları olacaq. Bunlar hazırkı prezident Həsən Ruhani, Mustafa Ağa Mirsəlim, İshaq Cahangiri, İbrahim Rəisi, Məhəmməd Bağır Qalibaf və Mustafa Haşimi Tabadır.
Mayın 19-da keçiriləcək prezident seçkilərində hazırkı prezident Həsən Ruhaninin qələbə çalacağı təxmin olunur.
Oxşar yazılar

Tramp və Putin arasında danışıqlar başladı - VİDEO
15 avqust 2025 , 23:39
Tramp və Putin danışıqların aparılacağı məkana eyni avtomobildə yollandı
15 avqust 2025 , 23:28Tramp və Putin görüşdü
15 avqust 2025 , 23:15
Putin Trampla görüş üçün Alyaskaya uçdu
15 avqust 2025 , 19:33
Cinçıxarma adı ilə qızı oteldə zorladılar
15 avqust 2025 , 17:41
44 yaşlı qadın xeyriyyə konteynerində sıxılıb öldü - ŞOK HADİSƏ
15 avqust 2025 , 16:43
Qəfil leysan onlarla insanı öldürdü
15 avqust 2025 , 13:18