Əfqanıstanda İŞİD lideri öldürüldü
07 aprel 2018 02:48 (UTC +04:00)

Əfqanıstanda İŞİD lideri öldürüldü

0

Əfqanıstanda İŞİD terror qruplaşmasının bu ölkədəki liderlərindən biri Kari Nemətulla məhv edilib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan güc strukturlarındakı mənbə bildirib.

 

Məlumata görə, terrorçu ölkənin şimal-qərbində yerləşən Cuzcan əyalətində, hava zərbəsi nəticəsində öldürülüb.

 

Qeyd edək ki, bir il əvvəl Əfqanıstanda İŞİD terror qruplaşmasının bu ölkədəki lideri Abdul Xasib məhv edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar