Əfqanıstan və ABŞ hərbçilərinin keçirdiyi birgə əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının regional liderlərindən biri olan Hafiz Səid Xan məhv edilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Əfqanıstanın Pakistandakı səfiri Ömər Zəhilval bəyan edib.
Hafiz Səid Xan İŞİD-in Əfqanıstan, Pakistan, İranın şərqi və Mərkəzi Asiyanın bir hissəsini özündə birləşdirən “Xorasan əyalətinin” başçısı olub.