Son sutka ərzində Əfqanıstanda hava zərbəsi nəticəsində 70 silahlı məhv edilib, 80-ə yaxını yaralanıb.
APA-nın “Hama Press” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat ölkənin cənubunda yerləşən Uruzqan əyalətlərində keçirilib.
Hava zərbələrinin kim tərəfindən endirildiyi barədə məlumat verilmir.
Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanda vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb.
Məlumata görə, ölkənin bir çox əyalətlərində “Taliban” hərəkatının səhra komandirləri və sıravi döyüşçüləri "sədaqət andı" içərək İŞİD-lə birləşir.