Honkonqda xüsusi parkda saxlanılan dünyanın ən yaşlı pandası ölüb. APA TV-nin BBC-yə istinadən məlumatına görə, Tsya-Tsya ləqəbli panda 38 il yaşayıb.
Bu pandalar üçün bir insanın 100 ildən çox yaşaması deməkdir. Tsya-Tsyanın vəziyyəti bir neçə həftə əvvəl pisləşib. Parkın əməkdaşları onu yatırtmağa məcbur olublar.
Dişi panda Ocean Park-da 1999-cu ildən yaşayır. Ötən il isə Tsya-Tsyanın 37 yaşı parkda xüsusi təntənə ilə qeyd edilib.
Vəhşi təbiətdə pandaların ən çox 20-25 il arası yaşadıqları bildirilir.