Dünyanın ən isti yerlərindən birinə qar yağdı
03 fevral 2017 20:43 (UTC +04:00)

Dünyanın ən isti yerlərindən birinə qar yağdı

Hazırda körfəz ölkələrində görünməmiş soyuqlar müşahidə olunur.

 

Lent.az-ın “trend”-ə istinadən xəbərinə görə, dünyanın ən isti yerlərindən sayılan Ərəbistan yarımadasına qar yağıb.

 

Birləşmiş Ərəb Əmirliyinin meteobürosu ölkənin şimalındakı Cəbel Cess dağlıq massivinə qarın yağması barədə məlumat verib. Qar paytaxtın təpəlik hissəsi, eləcə də Səudiyyə Ərəbistanının şimalında da müşahidə olunub.

 

Yarımada üçün qeyri-adi olan hava şəraitinin hələ 5 gün davam edəcəyi proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450
avatar

Oxşar yazılar