[b]Dünyanın ən böyük sərnişin gəmisi ilk səyahətinə hazırlaşır - FOTO[/b]
05 aprel 2018 13:14 (UTC +04:00)

[b]Dünyanın ən böyük sərnişin gəmisi ilk səyahətinə hazırlaşır - FOTO[/b]

0

Dünyanın ən böyük və ən lüks sərnişin gəmisi Symphony of the Seas (Dənizlərdəki Senfoniya) ilk səfərinə başlayacaq. Lent.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, gəmi üzən şəhəri xatırladır.

 

3 il əvvəl Fransada hazırlanmağa başlanan Dənizlərin Senfoniyası Royal Caribbean turizm şirkətinə aiddir. 362 metr uzunluğunda olan gəminin ağırlığı 228 min ton, hündürlüyü 70 metrdir. Nəhəng gəmi 2.775 kayutda 6.800 sərnişin, 2.200 nəfər ekipaj üzvünü daşıya bilir. Dənizlərin Senfoniyası Titanikdən 93 metr uzundur.

 

 

Aprelin 7-də İspaniyanın Barselona şəhərindən səyahətə çıxacaq gəmi Aralıq dənizi turu çərçivəsində dan Palma de Mallorca (İspaniya), Provensiya (Fransa), Florensiya, Pizza, Roma və Neapol (İtaliya) marşrutu üzrə üzəcək.

 

Möhtəşəm gəminin hazırlanmasında hər detal düşünülüb. Gəmidə 40 restoran və bar, 23 üzgüçülük və sörf üçün hovuz, buz meydançası, nəhəng kino və teatr zalı, mini qolf meydançası, 2 dırmanma divarı, 25 metrlik qaçış zolağı, spa mərkəzi, idman salonu, robot barmenlər və onlarla alış-veriş dükanı var.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 431

Oxşar yazılar