Donald Tusk yenə Aİ Şurasının prezidenti seçildi
09 mart 2017 22:35 (UTC +04:00)

Donald Tusk yenə Aİ Şurasının prezidenti seçildi

Donald Tuskun Avropa İttifaqı Şurasının prezidenti vəzifəsində mandatı uzadılıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D. Tusk qurumun Brüssel sammitində tələb olunan sayda səs toplaya bilib. O, 2019-cu ilin noyabrınadək bu vəzifəni icra edəcək.  

 

Donald Tusk ilk dəfə bu vəzifənin icrasına 2014-cü ilin 1 dekabrında başlayıb. O, bu vəzifədə belçikalı Herman Van Rompeyi əvəzləyib. Reqlamentə uyğun olaraq, D. Tuskun səlahiyyət müddəti isə cari ilin may ayının 31-də başa çatacaq.

 

 Bu vəzifəyə digər namizəd olan Yatsek Sariuş-Volksiyə gəlincə isə, o ümumiyyətlə səs toplaya bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275
avatar

Oxşar yazılar