Din xadimi və köməkçisini başından güllələdilər
14 avqust 2016 14:09 (UTC +04:00)

Din xadimi və köməkçisini başından güllələdilər

Nyu Yorkda müsəlman din xadimi öldürülüb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nyu Yorkun “Queens” adlanan hissəsində iki il əvvəl Banqladeşdən mühacirət etmiş din xadimi, 55 yaşlı Maulama Akonje və köməkçisi, 64 yaşlı Thara Uddin güllələnib. Başından güllə yarası alan hər iki şəxs hadisə yerindəcə keçinib.

 

Bildirilir ki, cinayət irqçilik və dini nifrət zəminində törədilib. Hadisəni törədən şəxs din xadiminə və köməkçisiə arxadan səssizcə yaxınlaşaraq atəş açıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır, hələlik tutulan yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

Oxşar yazılar