Türkiyədə əsas müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykal reanimasiyaya yerləşdirilib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Antaliyadan deputat seçilmiş tanınmış siyasətçinin vəziyyəti Ankaradakı evində pisləşib və o, yüksək temperaturla xəstəxanaya yerləşdirilib. Ankaradakı “İbn Sina” xəstəxanasının reanimasiyasına yerləşdirilən Baykala yuxarı tənəffüs yollarının sətəlcəmi diaqnozu qoyulub.
Bildirilir ki, Dəniz Baykal bir neçə gün əvvəl Fransanın Strasburq şəhərində AŞPA-nın sessiyasında olarkən xəstələnib və vətəninə qayıdandan sonra səhhəti daha da pisləşib.