Dəmirtaş prokurorluğa çağrıldı
30 iyun 2016 16:02 (UTC +04:00)

Dəmirtaş prokurorluğa çağrıldı

0

 

Türkiyənin Xalqların Demokratiyası Partiyası( HDP) liderlərindən sayılan Səlahəddin Dəmirtaş prokurorluğa çağırılıb.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə,  Mersin şəhərində baş verən hadisələrlə bağlı açılan cinayət işi çərçivəsində S. Dəmirtaş Ankara Baş Prokurorluğuna ifadə verməyə çağırılıb.

 

Ankara Baş Prokurorluğu Səlahəddin Dəmirtaşdan başqa HDP-çi millət vəkilləri Dirayət Daşdəmir və Bedran Öztürkü də  ifadə vermək üçün çağırıb.

 

Dəmirtaş isə Ankara Prokurorluğunun onu çağırmasına baxmayaraq ifadə verməyə getməyəcəyini bildirib. 

 

Qeyd edək ki, bir müddət öncə Dəmirtaşın millətvəkili kimi  toxunulmazlığı əlindən alınıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar