Bu gün səhər Rostov-Don şəhərində “Boeing 737-800” tipli təyyarənin qəzaya uğradığı yerdə axtarış-xilasetmə işləri başa çatıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya fövqəladə hallar nazirinin birinci müavini Vladimir Stepanov bildirib.
V. Stepanov deyib ki, səhər saat 9:00-da axtarış-xilastetmə işləri başa çatıb. Axtarış-xilasetmə işləri 11 min kv.m sahəni əhatə edib.
Qeyd edək ki, Dubaydan uçan “Boeing 737-800” tipli təyyarə martın 19-na keçən gecə Rostov-Don şəhərində qəzaya uğrayıb. İstintaq Komitəsi qəza ilə bağlı texniki nasazlıq, mürəkkəb hava şəraiti və ekipajın səhvi ilə əlaqədar üç əsas versiyanı nəzərdən keçirir. Qəza nəticəsində 5 sərnişin və 7 heyət üzvü olmaqla, 62 nəfər ölüb.