Dalaşan sərnişinlərə görə təyyarə məcburi eniş etdi
28 may 2017 14:38 (UTC +04:00)

Dalaşan sərnişinlərə görə təyyarə məcburi eniş etdi

0

Bu səhər Moskvadan Türkiyənin Dalaman şəhərinə uçan sərnişin təyyarəsi iki sərnişin arasında baş verən dava-dalaş səbəbindən Krasnodara təcili eniş edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə yerli vaxtla saat 05.30-da Krasnodar aeroportuna enib. Təyyarədə özünü qaydalara uyğun aparmayan 2 sərnişin polis şöbəsinə gətirilib. Onlardan birinin sərxoş olduğu üzə çıxıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır. Təyyarə isə 07.30 radələrində reys üzrə uçuşunu davam etdirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar