Rusiyada 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinən erməni sahibkar Levon Ayrapetyana hökm oxunub.
APA-nın məlumatına görə, Moskvanın Zamoskvoretsk rayon məhkəməsinin hökmü ilə L. Ayrapetyan 4 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.
Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoru olan erməni iş adamı Levon Ayrapetyan “Başneft” işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunur. O, 2014-cü ilin iyulunda həbs edilib.
İstintaqın məlumatına görə, L. Ayrapetyanın ikili vətəndaşlığı və xaricdə daşınmaz əmlakı var. Öncə onun barəsində həbs qətimkan tədbiri seçilsə də, ötən ilin oktyabrında məhkəmə bu tədbiri ev dustaqlığı ilə əvəz edib.
Prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
L.Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab olunur.

Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoruna 4 İL HƏBS
Oxşar yazılar

Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47