Bu gecə Dağıstanda terrorçuların hücumuna məruz qalan polislər xəstəxanada ölüb. Lent.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Mahacqala-Kaspiysk yolunda qəfil hücuma məruz qalan hər iki polis əməkdaşı Mahacqaladakı xəstəxanada vəfat edib.
Hazırda bölgədə təhlükəsizlik və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
****
3:42
Dağıstanda naməlum şəxslər polis naryadına atəş açıb, iki asayiş keşikçisi xəstəxanaya yerləşdirilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Mahacqala-Kaspiysk magistral yolunda Bakı vaxtı ilə 02.20-də baş verib.
Cinayətkarların müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilib.