Dağıstanda atışmada 2 silahlı, 1 polis öldü
30 dekabr 2016 03:56 (UTC +04:00)

Dağıstanda atışmada 2 silahlı, 1 polis öldü

0

Dağıstanın Xasavyurt rayonunda atışmada iki silahlı öldürülüb, bir polis əməkdaşı həlak olub.

 

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə hüquq-mühafizə orqanlarından bildirilib.   

 

“VAZ 2107-də hərəkət edən naməlum şəxslər polis naryadını atəşə tutub. Cavab atəşi ilə silahlılar məhv edilib. Bir polis əməkdaşı atışma zamanı aldığı güllə yaralarından keçinib”, - deyə mənbə bildirib.

 

Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar