Dağıstanın prezidenti Ramazan Abdulatipovun korteji qəzaya uğrayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində zərərçəkən olmayıb.
“Bu gün iş günündən sonra Respublika başçısının kortejinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, ölən yoxdur. İnsident zamanı Dağıstan prezidenti zərər çəkməyib”, Dağıstan hökumətinin mətbuat xidməti idarəsindən bildiriblər.
Yol-nəqliyyat hadisəsinin Mahaçqala-Kaspiysk yolunda baş verdiyi qeyd olunur.