Səlahiyyətləri sona çatan ABŞ-ın dövlət katibi Con Kerri Donald Trampın komandası gəlməzdən əvvəl gözlənilmədən Dövlət Departamentinin son brifinqinə iti ilə gəlib.
Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Kerri jurnalistlərə itinin özünü yaxşı aparacağına söz verib, lakin köpək onun “otur” əmrini qulaqardına vurub. Bunu görən jurnalistlər zarafatdan qalmayıblar və itin tabe olmamasını Kerrinin hakimiyyətdən getməsi ilə əlaqələndiriblər.
Qeyd edək ki, Kerrinin itinə ABŞ-ın banisi Benjamin Franklinin adını qoyub.
Con Kerri jurnalistlərlə vidalaşaraq, onları departamentin fəaliyyətini işıqlandırdıqlarına görə minnətdarlığını bildirib.