Çinin Tibet Muxtar Rayonunda 4, 4 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 09:00 radələrində Muxtar Rayonun Naqçu dairəsində qeydə alınıb. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.
Bundan əvvəl avqustun 10-da Tibet Muxtar Rayonunda 3,7-4,0 bal gücündə üç zəlzələ olub.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.