Çinin Haynan əyalətinə yaxınlaşan dağıdıcı “Sarika” qasırğası ilə əlaqədar 250 aviareys ləğv edilib.
APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, bölgədə gəmi və qatarların hərəkəti dayandırılıb.
Əyalətdə məktəb və uşaq bağçaları, həmçinin turizm obyektləri müvəqqəti bağlanıb. Təxliyə ediləcək sakinlər üçün altı müvəqqəti sığınacaq yaradılıb.
Sinoptiklərin rəyinə əsasən, “Sarika” son on il ərzində Haynan əyalətində qeydə alınan ən dağıdıcı qasırğa ola bilər.