Ermənistan Çin istehsalı olan «AR1A» raket komplekslərini alıb.
Lent.az-ın «Novosti Armenii»-yə istinadən məlumatına görə, «Radio Svaboda» bu haqda xəbər yayıb.
Sözügedən komplekslər 130 km məsafədə hədəfləri məhv etmək qabiliyyətinə malikdir.
«AR1A» sistemi Rusiya istehsalı olan «Smerç»lərin müasirləşdirilmiş variantı sayılır.
Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan məsələyə də müsahibəsində komplekslərin alınması xəbərini nə təsdiq, nə də inkar edib.