Çexiya məhkəməsi Salih Müslimi sərbəst buraxdı
27 fevral 2018 17:30 (UTC +04:00)

Çexiya məhkəməsi Salih Müslimi sərbəst buraxdı

0

Çexiya məhkəməsi bir neçə gün əvvəl Praqada saxlanılan PYD-nin keçmiş lideri Salih Müslimin sərbəst buraxılmasına qərar verib. Lent.az Reuters-ə istinadən xəbər verir ki, məhkəməyə əlləri qandallı gətirilən terrorçu 10 dəqiqəlik iclasın yekununda azadlığa buraxılıb. Məhkəmə onu Avropa Birliyi (şengen zonası) ərazisindən çıxmaması şərti ilə sərbəst buraxıb.

 

Qeyd edək ki, Salih Müslim barəsində Türkiyə beynəlxalq axtarış elan edib. Rəsmi Ankara onun terror fəaliyyəti ilə bağlanmış cinayət işi ilə əlaqədar həbs edilməsinə qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 524

Oxşar yazılar