Çeçenistanda Suriyadakı İŞİD silahlıları tərəfindən əlaqələndirilən terrorçu dəstənin xüsusilə təhlükəli üzvü saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.
“Şənbə günü xüsusilə təhlükəli terrorçu İmran Datsayev saxlanılıb. O, bundan əvvəl Gəldağan kəndində keçirilən əməliyyat zamanı qaçmağa müvəffəq olmuşdu. Lakin Minutka meydanı yaxınlığındakı “Orbita” ticarət mərkəzinin həyətində saxlanılıb. Mühasirəyə alınan cinayətkara təslim olmaq təklif edilib. O, polislərə əl qumbarası atıb. Buna baxmayaraq Datsayevi sağ ələ keçirmək mümkün olub”, - deyə Datsayev Instagram səhifəsində yazıb.