Çavuşoğlu: “Bağdad qeyri-dost ritorikasından vaz keçsə ..."
07 oktyabr 2016 00:26 (UTC +04:00)

Çavuşoğlu: “Bağdad qeyri-dost ritorikasından vaz keçsə ..."

Türkiyə hərbi kontingentinin İraqın şimalındakı “Başık” düşərgəsində yerləşdirilməsi ciddi problem deyil, Ankara və Bağdad arasındakı ziddiyyətləri aradan qaldırmaq mümkündür.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.  

 

“Bizim hərbçilərimizin Başıkda olmasında ciddi problem görmürəm. Bağdad qeyri-dost ritorikasından vaz keçərsə, bütün məsələləri həll etmək olar”, - deyə Çavuşoğlu Ankarada mətbuat konfransında bildirib.  

 

Qeyd edək ki, oktyabrın 4-də İraq parlamenti Türkiyə hərbçilərinin Mosul yaxınlığında yerləşdirilməsinə etirazını bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar