
Bu ölkədə işıqforlar “5G” ilə işləyəcək - XƏRCLƏR XEYLİ AZALACAQ
Yaponiyada svetoforlar beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) siqnallarını ötürməyə imkan verən xüsusi avadanlıqla təchiz ediləcək.
Lent.az "ictnews”-a istinadla xəbər verir ki, Yaponiya hökuməti tərəfindən “5G” mobil şəbəkəsinin qurulmasının sürətləndirilməsi üzrə proqram açıqlanıb.
Gündoğar ölkədə yeni nəsil rabitənin 2020-ci ildən etibarən istifadəyə verilməsi planlaşdırılır. Çətinlik ondan ibarətdir ki, bu vəzifənin həyata keçirilməsi üçün hazırda mövcud olandan daha çox antena qurğuları tələb olunur. Problemin həlli üçün hökumət ölkə ərazisində 200 min işıqfora xüsusi avadanlıq quraşdırmaq niyyətindədir. Bu, “5G” şəbəkəsini daha tez tətbiq etməyə və xərcləri xeyli azaltmağa imkan verəcək.
Bundan başqa, svetoforlarda avtonom avtomobillərin hərəkətini asanlaşdırmaq üçün yollarda hərəkət şəraitini qeydə alan ötürücülərin quraşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09