Bu ölkədə ata olanlara ödənişli məzuniyyət veriləcək
12 sentyabr 2019 19:22 (UTC +04:00)

Bu ölkədə ata olanlara ödənişli məzuniyyət veriləcək

İsveçrə parlamenti ödənişli atalıq məzuniyyətinin verilməsi ilə bağlı qanun qəbul edib.
 
APA-nın “swissinfo.ch” saytına istinadən verdiyi xəbərə görə, İsveçrə Senatından sonra Nümayəndələr Palatası da qanun layihəsini təsdiqləyib. Sənədin lehinə 129 parlamentari səs verib, 62 nəfər isə səsvermədə iştirak etməyib.
 
Yeni qanuna görə, övladı dünyaya gəlmiş atalar iki həftəlik atalıq məzuniyyəti götürə biləcək və bu müddətdə əmək haqqlarını ala biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755
avatar

Oxşar yazılar